Bu ilin yanvar-may aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 366 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Prezidentin adından istifadə edirlər” - MEDİA kiberdələduzluqla bağlı - ÇAĞIRIŞ ETDİ
FED.az xəbər verir ki, XRİTDX-in məlumatları əsasında aparılan hesablamalara görə, bu, bir il əvvəlki göstəricidən 37 % azdır.
Kibertəhdidlərin 196-sı daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 386,415 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 954 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 139 min 502 zərərverici tərkibli elektron sənəd blok edilib. (Report)