Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Ötən ay dövlət qurumlarına kiberhücum 45 faiz artıb
FED.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur.
Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə fevralda isə 120 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 26 917 zərərverici tərkibli elektron sənəd blok edilib. (Report)