2025-ci ilin yanvar ayında Azərbaycana Çindən toplam dəyəri 20 milyon 688 min ABŞ dolları olan 92 min 935 ədəd smartfon idxal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə bu göstərici say baxımından 7 min 670 ədəd və ya 9% çox, dəyər baxımından isə 5 milyon 322 min ABŞ dolları və ya 20,5% azdır.
2024-cü ilin yanvar ayı ərzində ölkəyə 26 milyon 9 min dollar dəyərində 85 min 265 ədəd smartfon gətirilmişdi
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 378 manata bərabər olub. Bu da illik 140 manat və ya 27% azdır.
2024-cü ilin müvafiq dövründə 1 ədəd smartfonun orta idxal qiyməti 519 manat idi.