“Azərbaycanın bütün bankları “Oracle”ın baza məlumatlarından istifadə edir”.
FED.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında “Oracle”ın MDB ölkələri üzrə direktoru Dmitri Yudin deyib.
Eləcə də bax: Banklar üçün pis xəbər - GOOGLE BANK XİDMƏTLƏRİNƏ BAŞLAYIR
Dmitri Yudin qeyd edib ki, ölkə banklarında olan bütün vəsaitlər “Oracle”ın baza məlumatlarından istifadə edərək mühafizə olunur: “Yalnız “Oracle” şirkətində ümumi funksiyanı qoşduqda baza administratoru belə baza məlumatlarına dair informasiyaya giriş əldə edə bilmir. Qeyd edim ki, şirkət hər il yeni proqramların hazırlanmasına və mühafizəsinə milyardlarla dollar pul xərcləyir”.