Azərbaycanın aparıcı biznes rəhbərləri BMT-nin Qlobal Sazişinin prinsiplərini və DİM-ləri fəaliyyət və strategiyalarına salınmasını müzakirə ediblər
FED.az xəbər verir ki, BMT-nin 26 noyabr tarixində təşkil etdiyi konfransda dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin icrasında biznesin rolu müzakirə olunub. Tədbirdə dövlət qurumları, ölkənin aparıcı şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin 80-ə yaxın nümayəndəsi iştirak edib.
Eləcə də bax: “Bakcell” biznes internet paketlərinin qiymətini - KƏSKİN ARTIRDI
BMT-nin rezident əlaqələndiricisinin ofisi, UNİCEF, BMT-nin Qlobal Sazişi, BMT Qadınlar və BMT-nin İnkişaf Proqramının birgə təşkil etdiyi bu konfransda BMT-nin Qlobal Sazişinin 10 prinsipinin biznes siyasətləri və təcrübələrinə inteqrasiyasının əhəmiyyəti barədə danışılıb.
Konfrans çərçivəsində keçirilmiş Baş icraçı direktorlar paneli “Bərabərsizlik boşluğunun aradan qaldırılması: İnsan Hüquqlarının Biznesin Uğurlu olmasında rolu” mövzusunda keçirilib. Panel müzakirəsində Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Rathgeber, Akkök Holdinq-in icraçı şuranın sədri və Türkiyənin UN Global Compact Network təşkilatının direktorlar şurasının prezidenti Əhməd Dördüncü, Crystal MicroFinance Təşkilatının müşahidə şurasının sədri Arçil Bakuradze və Norm Cement şirkətinin baş icraçı direktoru Henning Sasse iştirak ediblər.
Paneldə çıxışı zamanı “Bakcell”in Baş icraçı direktoru Rainer Rathgeber şirkətin korporativ sosial məsuliyyət proqramının əsas istiqamətləri və dayanıqlı inkişaf məqsədlərinə nail olmasında biznesin rolu barədə danışıb: “Böyük şirkətlər özlərinin korporativ sosial fəaliyyəti vasitəsilə cəmiyyətə böyük töhfə vermək imkanına malikdirlər. Məsələn, Bakcell əhalinin ən həssas qruplarına dəstək göstərib, ölkədə təhsil və idman kimi sahələrin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və bütün insanları bərabər hüquq və imkanlarla təmin edilməsinə öz töhfəsini vermək üçün əlindən gələni edir”.
Qeyd etmək lazımdır ki, Bakcell şirkəti müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan, həmçinin valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara dəstək göstərir. İri sosial layihələr vasitəsilə Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmaları üçün şərait yaradır.
“İstehlak biznesində fəaliyyət göstərən böyük şirkətlərdə çalışaraq, bəzən ideal bir dünyada yaşadığımızı zənn edirik, lakin etiraf etmək lazımdır ki dünya ideal deyil və bir çox insanlar həmişə unudulmuş qalır. Biz, təhsil almaq imkanı olmayan, xüsusi ehtiyacları olan və istedadlarını nümayiş etdirməyə şansı olmayan insanları yaddan çıxarmamalıyıq. Böyük şirkətlərə mesajım o olacaq ki, gəlin gözəl sözlər və nitqlərnən məhdudlaşmayaq və heç kəsi yaddan çıxarmamaq üçün hər gün real və gözəl işlər görək!” deyə cənab Rathgeber əlavə edib.
BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10,000 şirkət və 3,000 qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bır araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.