“Pandemiya dövründə ədliyyənin rəqəmsallaşdırılması vacibdir. Amma bunun üçün yerli əhalinin internetə çıxış imkanlarını təmin etmək lazımdır”.
Eləcə də bax: Nazir müavini: "Özəl sektor regionlarda internet xidməti göstərmək istəmir"
FED.az xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, 2022-ci ili əhatə edən tədbirlər planı təsdiq edilib: “Burada 40-a yaxın müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Təəssüf ki, insanların 45 faizinin müxtəlif səbəblərdən internetə çıxış imkanları məhduddur. Bunu biz pandemiya dövründə daha aydın görə bildik. Artıq növbəti 10 illiklərdə sosial bərabərsizlik deyil, rəqəmsal bərabərsizlik problemlərindən danışmağa başlayacağıq. Ədliyyənin rəqəmsallaşdırılması müsbət haldır. Amma rəqəmsal xidmətlərin əlçatanlığı üçün yerlərdə əhalinin internetə çıxış imkanları təmin edilməlidir ki, bu xidmətlərdən yararlana bilsinlər". (Apa)