Azərbaycanda uçota alınan internet operator, provayder və host provayderlərinin sayı 173-dür.
FED.az xəbər verir ki, bunu “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində çıxışı zamanı İnformasiya Kommunilasiya Texnologiyaları Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Xumar Kərimova deyib.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayından İKTA Azərbaycanda operator, provayder və host provayderlərin uçota alınması prosesinə start verib. (Apa)