Bu ilin may aylı ərzində stolüstü kompüterlərin Azərbaycanda bazar payı 1,3 faiz bəndi artıb.
FED.az-ın xəbərinə görə, bu barədə "Global Stats" statistik mərkəzin hesabatında bildirilir.
Stolüstü kompüterlərin bazar payı iyunun 1-nə 45,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz bəndi çoxdur.
Eləcə də bax: Azərbaycanda ən çox satılan - 9 SMARTFON, SİYAHI
Mərkəzin məlumatına əsasən, cari ilin may ayı ərzində ölkə üzrə portativ kompüterlərin (noutbuk və netbukların) bazar payı aprel ayı ilə müqayisədə 0,9 faiz bəndi azalaraq iyun ayının 1-nə 52,5% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 8 faiz bəndi azdır.
Eləcə də bax: 1 dəqiqədə internetdə - NƏ BAŞ VERİR?
Hesabatda iyun ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,51% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 37 faiz bəndi azdır. Bu seqment üzrə may ayı ərzində (aprel ayı ilə müqayisədə) 7,3 faiz bəndi azalma müşahidə olunub.