Azərbaycanın sosial media bazarında aparıcı platformaların payında əhəmiyyətli dəyişikliklər müşahidə olunur.
FED.az "Statcounter" agentliyinin hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin noyabrın 1-nə olan göstəricilərə əsasən, Instagram bazar lideri olaraq 46,23% paya sahibdir. Ötən ilin noyabrı ilə müqayisədə Instagram bazar payını 7,86 faiz bəndi artıraraq 38,37%-dən 46,23%-ə yüksəlib. Son ayda isə Instagram payını kəskin şəkildə bərpa edərək 10,46 faiz bəndi artım göstərmiş, 35,77%-dən 46,23%-ə çatıb.
Facebook isə illik müqayisədə bazar payını -7,88 faiz bəndi dəyişərək 18,56%-dən 10,68%-ə düşüb. Son ayda da azalma müşahidə olunub və payı -17,65 faiz bəndi enərək 28,33%-dən 10,68%-ə düşüb. YouTube illik bazda payını 17,37 faiz bəndi artıraraq 13,67%-dən 31,04%-ə yüksəldib, son ayda isə 10,55 faiz bəndi artımla 20,49%-dən 31,04%-ə çatıb.
Pinterest markasının payı illik müqayisədə -10,54 faiz bəndi dəyişərək 16,24%-dən 5,7%-ə enib, aylıq göstəricisi isə -2,06 faiz bəndi azalma ilə 7,76%-dən 5,7%-ə düşüb.
Twitter illik -3,49 faiz bəndi dəyişiklik göstərərək 7,95%-dən 4,46%-ə düşüb, son ayda isə -0,78 faiz bəndi azalma ilə 5,24%-dən 4,46%-ə çatıb.
reddit platformasının payı illik -2,00 faiz bəndi dəyişərək 2,19%-dən 0,19%-ə düşüb, son ayda isə -0,10 faiz bəndi azalma ilə 0,29%-dən 0,19%-ə enib
. LinkedIn illik müqayisədə -1,04 faiz bəndi dəyişərək 2,18%-dən 1,14%-ə düşüb, aylıq azalma isə -0,30 faiz bəndi təşkil edib və 1,44%-dən 1,14%-ə enib.
VKontakte markasının payı illik -0,19 faiz bəndi dəyişərək 0,39%-dən 0,2%-ə düşüb, aylıq azalma isə -0,24 faiz bəndi olub və 0,44%-dən 0,2%-ə enib.
Tumblr platformasının payı illik -0,13 faiz bəndi dəyişərək 0,46%-dən 0,33%-ə düşüb, aylıq artım isə 0,13 faiz bəndi təşkil edib və 0,2%-dən 0,33%-ə çatıb.










