E-PUL ödəmə xidməti Azərbaycan bazarında növbəti innovasiyanı təqdim edib. Bu xidmət vasitəsilə daha rahat və asan alış-veriş etmək mümkün olacaq.
Eləcə də bax: Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu E-PUL xidmətinin hüquqi mülkiyyətiçisi PAYSIS şirkətinin baş direktoru Samir Nəsibov deyib.
Onun sözlərinə görə, E-PUL-un "Marketplace" xidməti ilə məhsul və xidmət satışı üçün sayt və ya tətbiq yaratmağa ehtiyac qalmır, şirkətlər həmin xidmətdə öz mağazalarını yarada bilər:
"Bu, pandemiya şəraitində biznesin inkişafı və sabitliyinin dəstəklənməsi üçün xüsusi əhəmiyyət daşıyır, belə ki, biznes sahibləri öz məkanlarının yaradılması üçün əlavə investisiyalar qoymalı olmayacaq".
Bundan başqa, xidmətə qoşulma bir neçə dəqiqə çəkir və ödənişsizdir:
"Hər bir alışa görə istifadəçi müəyyən faiz keşbek əldə edəcək. E-PUL istifadəçiləri toplanan bonusları istənilən məhsula dəyişə biləcək". (Trend)