Bu ilin yanvar-avqust ayılarında informasiya və rabitə müəssisələri 1 milyard 397,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Eləcə də bax: Mobil rabitə sektorunun gəlirləri - YARIM MİLYARD MANATI ÖTÜB
Xidmətlərdən əldə edilən gəlirin 41,4 faizi və ya 579 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Azərtac