Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1729,2 mln. manatlıq xidmət göstərilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin ilk səkkiz ayında real ifadədə 15,3% artıb.
“Xidmətlərin 75,9%-i əhali tərəfindən istehlak olunub", - Komitədən bildirilib. (Apa)