Bu ilin may ayında Azərbaycanda "YouTube" istifadəçilərinin fəallığı aprel ayı ilə müqayisədə 11,1 faiz bəndi artıb.
Eləcə də bax: Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,3 milyonu - KEÇİB
FED.az xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin iyunun 1-nə "YouTube"un Azərbaycanın sosial media bazarında payı 31,9% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 10 faiz bəndi azdır.
Populyarlığına görə "YouTube" ötən ayın nəticələrinə əsasən ölkənin sosial media bazarında birinci yerdədir.
Populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı may ayı ərzində 0,7 faiz bəndi azalıb. "Facebook"un Azərbaycan bazarında payı bu ilin iyun ayının 1-nə 27% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 10,1 faiz bəndi çoxdur.
Bu ilin may ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 1,3 faiz bəndi artıb. İyunun 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 16,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 13,2, "Twitter" – 7,1%, “VKontakte” – 1,65%, “Tumblr” – 1,14% və s. (Apa)