Bu gündən Azərbaycanda “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.
“TikTok” üçün ödənişli abunə dövrü - BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Artıq istifadəçilər “TikTok” sosial şəbəkəsindən məhdudiyyətsiz istifadə edə bilirlər. Xatırladaq ki, “TikTok”un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.
Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə, eləcə də sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırır.