2022-ci ildə Azərbaycanda Google Pay və Apple Pay mobil ödənişlər sistemləri çərçivəsində əməliyyatların həcmi 743,7 milyon manat təşkil edib.
“Apple Pay” Rusiyada fəaliyyətini - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2022-ci ildə Apple Pay sistemində ölkənin 11 bankı tərəfindən 658 milyon manat məbləğində 21,8 milyon ödəniş həyata keçirilib.
Öz növbəsində, Google Pay sistemində 11 bankı tərəfindən ödənişlərin sayı 4 milyon, hıcmi – 85,7 milyon manat təşkil edib.
Azərbaycanda Apple Pay təmassız ödəniş sistemi 2 noyabr 2021-ci ildə, Google Pay – 23 avqust 2022-ci ildə fəaliyyətə başlayıb. (İnterfaks-Azərbaycan)