Azərbaycanda POS-terminallar vasitəsilə əməliyyatların həcmində kəskin artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə POS-terminallar vasitəsi ilə 892 milyon manatlıq əməliyyat aparılıb.
Bu da illik müqayisədə 346 milyon manat (63,4%), aylıq müqayisədə 73 milyon manat (8,9%) artım deməkdir.
Belə ki, POS-terminallar vasitəsilə 2022-ci ilin noyabrın 1-nə 546 milyon manatlıq, cari ilin oktyabrın 1-nə 819 milyon manatlıq əməliyyat aparılıb.