“Azərmarka” MMC fərdiləşdirilmiş poçt markası xidmətini işə salıb. Bu xidmət vasitəsilə hər bir şəxs üzərində öz şəkli olan poçt markası əldə edə bilər.
FED.az xəbər verir ki, bu barədə “Azərmarka”dan məlumat veriblər.
Fərdiləşdirilmiş markaların əldə olunması üçün “Azərmarka”ya, və ya Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzinə müraciət etmək olar.
12 markadan ibarət bir vərəqin dəyəri 15 manatdır.
Bundan başqa, şirkətdən verilən məlumata görə, yaxın zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları seriyası təqdim olunacaq.
©Trend