Azərbaycanda 2024-cü ilin noyabr ayında planşet bazarındakı vəziyyətə nəzər saldıqda, Samsung-un lider mövqeyini daha da gücləndirdiyi görünür.
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
FED.az xəbər verir ki, şirkət bazar payını 80.89%-ə çatdıraraq rəqiblərini böyük fərqlə geridə qoyub. Keçən ilin eyni dövrü ilə müqayisədə Samsung-un payı 57.77%-dən 80.89%-ə yüksəlib, bu da təxminən 23.12%-lik artım deməkdir.
Bunun əksinə olaraq, Apple ciddi geriləmə ilə qarşılaşıb. 2023-cü ilin noyabr ayında bazarın 25.93%-ni əlində saxlayan Apple, 2024-cü ilin noyabrında bu göstəricini cəmi 9.42%-ə endirib ki, bu da 16.51%-lik azalmanı ifadə edir.
Xiaomi də bazar payında azalma yaşayan markalardan biri olub. 2023-cü ildə 8.57%-lik göstəriciyə malik olan Xiaomi-nin payı 2024-cü ildə 4.39%-ə düşüb.
Huawei isə keçən ilin 1.32%-lik göstəricisindən 0.64%-ə geriləyib. Bununla yanaşı, Honor bazarda nisbi irəliləyiş göstərib və bazar payını 1.72%-dən 2.22%-ə çatdırıb. Digər istehsalçılar isə ümumi olaraq azalma ilə üzləşib. 2023-cü ilin noyabrında 3.65%-lik bazar payına malik olan bu kateqoriya 2024-cü ildə 1.88%-ə qədər enib.