Noyabr ayının statistikasına əsasən, Azərbaycanda sosial şəbəkələr arasında ən çox istifadə edilən platforma Instagramdır.
"Instagram" yeni funksiyasını təqdim etdi - CANLI MƏKAN PAYLAŞIMI
FED.az xəbər verir ki, bu barədə “StatCounter” bildirir. 38.2%-lik istifadəçi payı ilə liderlik edən Instagram-ı, 18.7%-lə Facebook izləyir. Pinterest isə 16.18% göstərici ilə üçüncü sırada yer alır. Bunun ardınca, 13.62%-lə YouTube dördüncü, 8.05%-lə Twitter beşinci yerdə qərarlaşıb. LinkedIn isə 2.23%-lik istifadəçi payına malikdir.
Bu göstəricilər Azərbaycanda sosial medianın insanlar arasında necə populyarlaşdığını və hansı platformaların üstünlük təşkil etdiyini əks etdirir. Trendlər, cəmiyyətin rəqəmsal dünyadakı maraq dairələrini formalaşdırmağa davam edir.