Cari ilin fevral ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı yanvar ayına nisbətdə 3,4 faiz azalıb.
FED.az-ın xəbərinə görə, bu barədə "Global Stats" statistik mərkəzi xəbər verir.
Noutbukların bazar payı fevral ayın sonuna 52,6 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.
Mərkəzin məlumatına əsasən, cari ilin iki ayı ərzində ölkə üzrə stolüstü kompüterlərin bazar payı 4,5 faiz artıb və mart ayının 1-nə olan məlumata əsasən, 45,6 faiz təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisini 18,7 faiz üstələyir.
Reytinqdə fevral ayının sonuna planşet kompüterlərin bazar payı 1,7 faiz göstərilib. Bu seqment üzrə ilin əvvəlindən 5 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 31 faiz azalma müşahidə olunub.