Bu ilin avqust ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyul ayı ilə müqayisədə 3,3 faiz bəndi artıb.
Eləcə də bax: Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı - Kəskin Azalıb
FED.az xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatı əsasında aparılam hesablamalara görə, noutbukların bazar payı sentyabrın 1-nə 63,1% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz bəndi çoxdur.
Mərkəzin məlumatına əsasən, bu ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyul ayı ilə müqayisədə 3,36 faiz bəndi azalaraq sentyabrın 1-nə 35,7% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 9,6 faiz bəndi azdır.
Hesabatda sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,2% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,25 faiz bəndi çoxdur. Bu seqment üzrə cari ilin avqust ayının göstəricisi iyul ayının göstəricisindən 0,06 faiz bəndi çoxdur. (Apa)