Bu ilin ilk dörd ayında Azərbaycanda 692 ədəd noutbuk, 174 ədəd stolüstü kompüter istehsal edilib.
Azərbaycanda kompüterlərin istehsalı - İKİ DƏFƏDƏN ÇOX AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə noutbuk istehsalı 735 ədəd (2,1 dəfə), stolüstü kompüter istehsalı 1 510 ədəd (təxminən 10 dəfə) azalıb.
Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə 1 427 ədəd noutbuk, 1 684 ədəd stolüstü kompüter istehsal edilmişdi.













