Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 219 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda mobil rabitə operatorlarının - GƏLİRLƏRİ AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,2%-ni təşkil edib.
"Cari ilin ilk rübündə informasiya və rabitə müəssisələri tərəfindən 531,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,1%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 2,5% artıb", - komitədən bildirilib. (Apa)