Azərbaycanda mobil rabitə operatorları bu ilin yanvar-sentyabr aylarında 723,6 milyon manat gəlir əldə edib.
Eləcə də bax: Azərbaycanda sentyabrda sabit internetin sürəti - AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,7 faiz artaraq 1 milyard 699,3 milyon manat təşkil edib ki, onun da 76,0 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42,6 faizi və ya 723,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.