Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 1 mlrd. 964,3 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri - AÇIQLANIB
FED.az xəbər verir ki, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 265 mln. manat və ya 15,5% artıb.
Xidmətlərdən əldə edilən gəlirin 39,0%-i və ya 765,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur. (Apa)