2024- cü ilin yanvar-may aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1 milyard 320,6 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,5 faiz çoxdur Onun da 74,9 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 36,4 faizi və ya 480,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.