Bu ilin birinci rübündə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr əhaliyə 823,5 milyon manat dəyərində xidmət göstərib.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,7% çoxdur.
Yanvar-mart aylarında göstərilmiş xidmətlərin 73%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 34,8%-i və ya 286,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.