Azərbaycanda elektron cihaz bazarında kompüterlərin bazar payı artıb, mobil cihazlar və planşetlərdə isə azalma müşahidə olunur.
FED.az xəbər verir ki, "Statcounter" agentliyinin son hesabatına əsasən xəbər verir ki, kompüterlərin payı mobil cihazları geridə qoyaraq bazarın lideri mövqeyinə yüksəlib.
Oktyabrın 1-nə olan pay bölgüsü belədir: mobil cihazlar 47,94%, kompüterlər 51,63%, planşetlər 0,44%.
Mobil cihazların bazar payı illik 23,60 faiz bəndi, ötən ilin sonu ilə müqayisədə 23,48 faiz bəndi, aylıq müqayisədə 8,72 faiz bəndi azalıb.
Kompüterlər isə eyni dövrdə payını əhəmiyyətli dərəcədə artırıb.
Bu cihazların bazar payında illik 24,11 faiz bəndi, ötən ilin sonuna nəzərən, 26,17 faiz bəndi, aylıq müqayisədə 8,85 faiz bəndi artım baş verib.
Planşetlər bazarda kiçik, lakin davamlı azalma göstərir:
Belə ki, ötən ilin oktyabrına nisbətən 0,50 faiz bəndi, ötən ilin sonu ilə müqayisədə 2,68 faiz bəndi, aylıq müqayisədə 0,12 faiz bəndi azalma baş verib.
Nəticə olaraq son bir ildə mobil cihazların bazardakı üstünlüyü sürətlə zəifləyib, kompüterlər isə payını artıraraq lider mövqeyə yüksəlib. Planşetlərin payı isə həm illik, həm aylıq müqayisələrdə azalaraq bazarda sabit, lakin zəifləyən mövqeyini qoruyur.












