Azərbaycanda elektron bankçılıq üzrə əməliyyatların sayı və həcmi barədə məlumatlar açıqlanıb.
- Azərbaycanda depozit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2023)
- Azərbaycanda fiziki şəxslərin depozitlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2023)
- Azərbaycanda hüquqi şəxslərin depozitlərinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.12.2023)
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ildə internet bankçılıq üzrə əməliyyatların sayı 21 milyon 208 min, həcmi isə 227 milyard 679 milyon manat təşkil edib. Ötən il mobil bankçılıq üzrə əməliyyatların sayı 290 milyon 799 min, həcmi isə 46 milyard 249 milyon manat təşkil edib.
Elektron bankçılıq üzrə əməliyyatların cəmi həcmi 273 milyard 928 milyon manata çatıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə internet bankçılıq üzrə əməliyyatların sayı 24 milyon 832 min, həcmi 203 milyard 369 milyon manat, elektron bankçılıq üzrə isə əməliyyatların sayı 121 milyon 488 min, həcmi isə 22 milyard 688 milyon manat təşkil etmişdi. Beləliklə, ötən il internet bankçılıq üzrə əməliyyatların sayı 14,6% azalıb, həcmi isə 12% artıb. Mobil bankçılıq üzrə əməliyyatların sayı 2,4 dəfə, həcmi isə 2 dəfədən çox artıb. (Marja)