Azərbaycanda dövlət qurumları və iri şirkətlər (B2G/B2B) üçün nəzərdə tutulmuş "Sozly" multimodal süni intellekt platforması istifadəyə verilib.
FED.AZ xəbər verir ki, qlobal süni intellekt alətlərindən (ChatGPT və s.) fərqli olaraq, "Sozly" məxfi sənədlərin xarici "bulud" (cloud) serverlərinə sızması təhlükəsini kökündən həll edir. Sistem internet bağlantısı tələb etmədən, tam oflayn rejimdə qurumun yalnız daxili lokal serverlərində (on-premise) çalışır. Bu da məlumat sızıntısı riskini 0%-ə endirir.
“Sozly” idarəetmə və korporativ mühitdə süni intellekt texnologiyalarının təhlükəsiz, lokal və məxfi şəkildə tətbiqi üçün hazırlanmış enterprise AI platformasıdır. Tamamilə yerli mühəndislər tərəfindən ərsəyə gətirilən və Azərbaycan dilinin "milli şüurunu" qoruyan bu sistemin gücü qlobal səviyyədə də təsdiqlənib. Belə ki, süni intellekt nəhəngi NVIDIA platformanın potensialını dəyərləndirərək "Sozly"nü rəsmən "NVIDIA Inception program”ına üzv kimi qəbul edib.
"Sozly"nün əsas imkanları:
Sozly Knowledge AI: Müəssisənin daxili Word, PDF və digər faylları əsasında işləyən, Azərbaycan dilində yüksək dəqiqliklə cavab verən, təhlükəsiz və tam oflayn bilik bazası və sual-cavab sistemidir;
Sozly Voice AI: Səsi mətnə çevirən (speech-to-text), oflayn rejimdə ağıllı xülasə və parafraz analitikası təqdim edən, Azərbaycan dilində müxtəlif ləhcə və tələffüz variasiyalarını mükəmməl anlaya bilən NLP əsaslı modellərlə çalışan süni intellekt sistemidir;
Sozly Translator AI: Məxfi sənədlərin təhlükəsizliyini tam qoruyaraq, 52 dil arasında enterprise səviyyəli, yüksək dəqiqlikli və real vaxt rejimində lokal server üzərində işləyən, tam oflayn avtomatik tərcümə xidməti təqdim edən süni intellekt həllidir;
Sozly Grammar AI: Azərbaycan dilində rəsmi və korporativ mətnlərdəki qrammatik və orfoqrafik səhvləri yüksək dəqiqliklə aşkarlayan, tam oflayn rejimdə redaktə və stil təkmilləşdirmə təklifləri verən AI əsaslı dil yoxlama sistemidir;
Vizual Analitika: Bütün bunlarla yanaşı, sistem təhlükəsizlik kameralarından alınan vizual məlumatları, video və şəkilləri indeksləşdirərək, üz və obyekt tanıma funksiyaları ilə arxiv axtarışını saniyələrə endirir;
Bununla yanaşı, sistemdə infrastruktur qayğısı yoxdur müəssisələr üçün ən böyük üstünlük sistemin mürəkkəb server otaqları tələb etməməsidir. "Sozly" ən müasir çiplərlə təchiz olunmuş "hazır qutu" (hardware + software) həlli kimi birbaşa daxili şəbəkəyə qoşulur.
Artıq bir sıra dövlət qurumları tərəfindən uğurla test edilən milli intellekt ekosistemi ilə yaxından tanış olmaq və demo sifariş etmək üçün www.sozly.ai saytına müraciət edə bilərsiniz.
Sozly multimodal süni intellekt platformasının təsisçisi Fuad Tağıyevin sözlərinə görə, Azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanmış Sozly platforması yerli bazarın real ehtiyaclarına cavab verir: "Məqsədimiz regionda təhlükəsiz və lokal süni intellekt infrastrukturunun formalaşmasına töhfə verməkdir.”
Ətraflı məlumat üçün www.sozly.ai saytına daxil ola və ya +994 55 613 13 17 nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.



![Azərbaycanda Milli Süni İntellekt Ekosistemi olan - [red]SOZLY.Aİ - İSTİFADƏYƏ VERİLDİ[/red] | FED.az](upload/news/small/2342175.png)
![Azərbaycanda Milli Süni İntellekt Ekosistemi olan - [red]SOZLY.Aİ - İSTİFADƏYƏ VERİLDİ[/red] | FED.az](upload/news/small/386996.jpg)
![Azərbaycanda Milli Süni İntellekt Ekosistemi olan - [red]SOZLY.Aİ - İSTİFADƏYƏ VERİLDİ[/red] | FED.az](upload/news/small/4354045.png)
![Azərbaycanda Milli Süni İntellekt Ekosistemi olan - [red]SOZLY.Aİ - İSTİFADƏYƏ VERİLDİ[/red] | FED.az](upload/news/small/26810.png)








