İKT

Azərbaycanda "Microsoft"a yeni rəhbər - TƏYİN EDİLİB

Azərbaycanda "Microsoft"a yeni rəhbər - TƏYİN EDİLİB | FED.az
14:23 7 Noy 2019

"Microsoft Azerbaijan" şirkətinə yeni baş menecer təyin edilib.

FED.az xəbər verir ki, "APA-Economics"in əldə etdiyi məlumata görə, Qaçay Mirzəyev "Microsoft Azerbaijan"da yeni baş menecer vəzifəsinə təyin edilib. O, bu vəzifədə Sərxan Həşimovu əvəz edib.

Eləcə də bax: Microsoft xəbərlər üçün şərh yazan süni intellekt sistemini - İSTİFADƏYƏ VERİB

Q.Mirzəyev bu xəbəri təsdiqləyib və açıqlamasında bildirib ki, şirkətin strategiyasında heç bir dəyişiklik edilməyib.

"Biz hər zaman olduğu kimi, bu strategiya çərçivəsində dövlət strukturları ilə əməkdaşlıq, o cümlədən Azərbaycana "Microsoft"un qlobal təcrübəsinin gətirilməsi, rəqəmsal keçiddə ölkəyə dəstək verilməsi və bulud həllərini yerli şirkətlərə təqdim etməklə onların xərclərinin optimallaşdırılmasını davam etdirəcəyik", - deyə Q. Mirzəyev qeyd edib.

Qeyd edək ki, Q. Mirzəyev bundan öncə "Microsoft"un MDB regionunda strateji texnologiyalar üzrə meneceri vəzifəsində çalışıb.

Digər xəbərlər