Azərbaycanda sahibkarlar və startaplar yeni növ koronavirus pandemiyası zamanı məsafədən iş və əlaqə üçün üstünlük verdikləri həllərin siyahısı açıqlanıb.
FED.az xəbər verir ki, İnnovasiya Agentliyindən verilən məlumata görə, sorğuda iştirak edən respondentlərin 34,9%-i "Zoom", 23,3%-i "Skype", 14%-i "Slack", 2,3%-i "FaceTime", 25,5%-i isə arabağlantı üçün digər həllərdən istifadə etməyə üstünlük verir.