Bu ilin iyul ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı iyun ayı ilə müqayisədə 4,6 faiz bəndi azalıb.
Eləcə də bax: Azərbaycanda daha çox bu mobil telefonlar - SATILIR
FED.az xəbər verir ki, “Global Stats” statistika mərkəzinin hesabatı əsasında aparılan hesablamalara görə, noutbukların bazar payı cari ilin avqustun 1-nə 63,2% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 3,4 faiz bəndi çoxdur.
Mərkəzin məlumatına əsasən, bu ilin iyul ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 4,5 faiz bəndi artaraq avqustun 1-nə 35,6% təşkil edib. Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,4 faiz bəndi azdır.
Hesabatda, bu ilin avqust ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,17% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 0,03 faiz bəndi çoxdur. Bu seqment üzrə cari ilin iyul ayında (iyun ayına nisbətdə) 0,13 faiz bəndi artım qeydə alınıb. (Apa)