Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nda dəyişiklik edib.
Azərbaycanda internet bazarının 85%-nə 10 operator və provayder - NƏZARƏT EDİR
FED.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra, operator abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatlarının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”qanuna əsasən müəyyən edilmiş yuxarı məbləğinə dair tələblərə riayət etməlidir.
Nazirliyin Hüquq Şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.