2020-ci ildə Azərbaycanda zərərli proqramlar ən çox daşınan qurğular vasitəsilə yayılıb.
Eləcə də bax: Zərərli bank proqramları istifadəçilərə - HÜCUM EDİR
FED.az xəbər verir ki, bu barədə dünyanın məşhur antivirus istehsalçısı olan Kaspersky məlumat yayıb.
Kaspersky-nin məlumatına görə, 2020-ci ilin ilk altı ayında Azərbaycanda demək olar ki, ev istifadəçilərinin 41% -i və korporativ istifadəçilərin 30% -i lokal adlandırıla biləcək, yəni cihazlara birbaşa şəbəkədən yox, müxtəlif portativ daşıyıcılardan, məsələn USB fleşlər və ya yaddaş kartlarından düşən təhdidlərlə üzləşib. Bununla yanaşı, ev istifadəçilərinin 9% -i və korporativ istifadəçilərin 5% -i internetdə yoluxma riski ilə üzləşib.
2019-cu ilin ilk yarısı ilə müqayisədə bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin payı iki dəfə artıb. Bu cür zərərli proqramlar kiber cinayətkarlara bank kartı və tətbiq məlumatlarını toplamağa imkan verir. Bəzən bu cür troyanların funskionallığına təsdiq kodları ilə SMS-ləri tutmaq imkanı da daxil edilir.
Statistik məlumatlara görə, Azərbaycanda mobil qurğulara zərərli və reklam proqramları tərəfindən hücumlar qonşu ölkələrə nisbətən daha tez-tez baş verib. İlin ilk altı ayında istifadəçilərin 3% -i bu növ hücumlara məruz qalıb.
İnternetdə istifadəçilərin rastlaşa biləcəyi ən geniş yayılmış təhdidlərdən biri də fişinq hücumlarıdır ki, təcavüzkarlar onlar vasitəsilə istifadəçilərin şəxsi və ödəniş məlumatlarını ələ keçirməyə çalışırlar. Məsələn, yanvar-iyun aylarında Kaspersky həlləri Azərbaycanda fişinq səhifələrinə keçidə səbəb ola biləcək 236.000 cəhdin qarşısını alıb. Bu, qismən bununla izah edilə bilər ki, fişerlər öz taktikalarını hazırkı xəbər gündəliyinə uyğunlaşdırırlar və koronavirus mövzusundan öz məqsədləri üçün istifadə edirlər.
"Bugün, həyatımızın getdikcə daha çox aspekti onlayna keçdikcə, rəqəmsal savadlılığın artırılması barədə düşünmək istifadəçilər üçün heç vaxt olmadığı kimi vacibdir," Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov deyib. “Təəssüf ki, təcavüzkarların yaxın gələcəkdə aktivliklərini azaltmaq ehtimalları azdır. Əksinə, pandemiya zamanı ortaya çıxan fürsətlərdən fəal şəkildə istifadə edirlər. Məsələn, mart ayında qeydə aldığımız ən aktual spam kampaniyalarından biri Ümumdünya Səhiyyə Təşkilatının göndərişlərinin təqlidi idi. Burada, təcavüzkarlar koronavirus haqqında etibarlı məlumat verməkdə mühüm rol oynayan bu quruluşun etibarlılığına güvəniblər."
Bununla əlaqədar, Kaspersky əsas təhlükəsizlik qaydalarını xatırladır:
• sosial şəbəkələrdə, poçtda və messencerlərdə şübhəli linklərə keçid etməyin;
• hər hansı bir mesaja - həm koronavirusun yayılması, həm ondan qorunma vasitələri, habelə son dərəcə səxavətli pul mükafatları haqqında təkliflərə şübhə ilə yanaşın;
• bütün hesablarınız üçün fərqli etibarlı şifrələrdən istifadə edin (müxtəlif ölçülü hərflər, simvol, nömrəl və xüsusi işarələrdən ibarət 12 simvollu şifrə);
• mobil cihazlar da daxil olmaqla, cihazlarınıza Kaspersky Internet Security kimi etibarlı bir təhlükəsizlik həlli quraşdırın.
Biznes üçün də bir neçə əlavə tövsiyə mövcuddur:
• əməkdaşlar üçün kiber savadlılığı artıran təlimlər (məsələn, Kaspersky Automated Security Awareness Platform-un köməyilə) keçin ki, rəqəmsal mühitdə təhlükəsiz davranış üçün praktiki bacarıqlar əldə edə bilsinlər;
• cihazın itirilməsi və məlumatların sızması halında, fayllarınızın əlavə qoruma üçün ehtiyat nüsxəsini yaradın və onu şifrələyin;
• proqramınızı müntəzəm olaraq yeniləyin: belə yeniləmələrdə, proqramı hazırlayanlar kiber cinayətkarlar tərəfindən istismar edilə biləcək zəiflikləri aradan qaldırırlar;
• hərtərəfli qorunma üçün asan idarəetmə və sınaqdan çıxmış təhlükəsizlik funksiyalarına malik bir həll, məsələn Kaspersky Endpoint Security-ni seçin.
* Məlumatlar Kaspersky həllərinə 2020-ci il yanvarın 1-dən 30-dək edilən geridönüşlərə aid anonim statistik məlumatlara əsaslanır.