2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 064 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 2 555 ədəd və ya 3,4 dəfə azdır.
2023-cü ilin yanvar-oktyabr aylarında 3 619 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3,2 dəfə artaraq 1 636 ədəd təşkil edib.