Azərbaycanda Kibertəhlükəsizlik Tədris mərkəzi istifadəyə verilib.
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyininİnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev Kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışıb.
O bildirib ki, Tədris Red team (hücum) va blue team (müdafia) olmaqla iki istiqamatda ixtisaslaşdırılmış formada davam etdirilib.
Mərkəzin ilk 60 tələbəsi məzun olub, 78%-i işlə təmin olunub.
İlk məzunlardan ibarət 5 nəfərlik komanda oktyabr ayında CIDC-2023 (kritik infrastrukturların müdafiəsı çağırışı) müsabiqəsində finala qədər yüksəlib.
Daha 2 qeydiyyat dalğası (may va oktyabr aylan) hayata keçirilib və daha 120 nəfər təlimlərə qoşulma şansı qazanıb.
"WorldSkills" milli yarışının yarımfinal mərhələsinə keçən komandalar AKM-də təlim-tədris prosesinə cəlb olunub.
Məzunların da iştirak etdiyi, mərkəzin təqdiqat və inkişaf komandası tərəfindən yerli kibertəhlükəksizlik məhsulu hazırlanıb və ölkə daxilində bir neçə sərgidə nümayiş olunub. Məhsulun adı CYHPO adlanır.
2024-cü il üçün olan hədəflərə gəlincə, hədəflər aşağıdakılardır :
İlin sonuna qədər ümumilikdə 400 nəfərə yaxın şəxsin təlimlərə cəlb olunması
3 və 4-cü dalğalar 120 nəfər
60 nəfər "purple teaming" təlimi
15 nəfər yerli təlimçinin yetişdirilməsi
60 müəssisədə rəhbərlər şəxslər üçün təlimlər
120 nəfərə ixtisaslaşdırılmış məşğələlərin keçirilməsi
• AKM məzunlarının əmək bazarında işlə təmin edilmə göstəricisini minimum 85
faizə yüksəltmək
"Kibergigiyena" layihəsi çərçivəsində 60 KOB üçün kiberdayanıqlılığın gücləndirilməsi təlimləri
• Yerli kibertəhlükəsizlik məhsulunun yerli bazara təqdim edilməsi
2024-cü il ərzində əldə olunan nəticələr:
Yanvar ayında 2-ci dalğadan daha 60 nəfər məzun olub
İcma formalaşıb və "İçma Günü keçirilib
"Cypho" mahsulu vasitəsilə 2 aydan çox müddətdir ki, Azərbaycanı hədəf almış kiberhücum platforması aşkar olunub" - deyə Şahmar Hacıyəhyayev bildirib.