Azərbaycanda informasiya və texnologiya sahəsində fəaliyyət göstərən “CyberNet” MMC şirkətinin direktoru dəyişib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2006-cı ildən “CyberNet”in baş icraçı direktoru olan İlham Namazov Bayram oğlu vəzifəsindən ayrılıb.
Onun yerinə Emil Əmirov Etibar oğlu təyin edilib.
“Cybernet” MMC Azərbaycanda İnformasiya Texnologiyası xidmətləri və həlləri təqdim edən şirkətlərdən biridir, 2004-cü ildə yaradılmışdır. Şirkətin nizamnamə kapitalı 10 000 manatdır.