Bakıda “Yüksək texnologiyalar parkı” MMC-nin ən iri innovasiya mərkəzinin tikintisi aparılır.
FED.az xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
Nazir bildirib ki, mərkəz gənclərin İKT sahəsinə marağının artmasına xidmət edəcək:
“Ən iri regional DATA-mərkəz regionda “Tier3” standartına cavab verən ən təhlükəsiz mərkəzdir. Bu mərkəz dövlət struktrurlarına öz məlumatlarını təhlükəsiz şəkildə qorumağa imkan verir. Hazırda DATA-mərkəzin resurslarından 30-dan çox dövlət və özəl müəssisə istifadə edir”.