Azərbaycanda bir neçə gün əvvəl tətbiq edilən yeni ödəniş üsulu - NFC – ödənişlərin mobil telefon vasitəsilə həyata keçirilməsi sistemi «iPhone» telefonlarında işləməyəcək. Bu barədə FED.az-a Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bildirib.
Eləcə də bax: Azərbaycanda da tətbiq edilən təmassız ödənişi – DƏSTƏKLƏYƏN SMARTFONLAR
Onun sözlərinə görə, ilk növbədə bu xidmətdən istifadə etmək üçün ilk növbədə telefon-smartfon NFC xidmətini dəstəkləməlidir. Bundan başqa, bu sistem «Viza token» sistemi üzərində işlədiyinə görə, hələlik ondan yalnız «Visa» kartı sahibləri istifadə edə bilər. Digər tərəfdən smartfon «Android» əməliyyat sistemi ilə çalışmalıdır.
«iPhone» telefonlarına gəlincə, E.Xəfərovun sözlərinə görə, bu telefonlar üçün ayrıca bir «Apple Pay» xidməti var, amma hələlik həmin xidmət Azərbaycanda aktiv deyil: «Həmin sistem Azərbaycanda fəaliyyətə başlayandan sonra «iPhone» telefonları ilə də NFC vasitəsilə ödəniş etmək mümkün olacaq»