Potensial investorlara canlı investisiya məsləhətləri veriləcək Maliyyə savadlılığı, maliyyə, investisiya sahəsində kifayət qədər bilik və bacarıqların olması maliyyə bazarlarında vəziyyəti düzgün qiymətləndirmək, ağıllı qərarlar çıxarmaq üçün çox önəmlidir. Maliyyə investisiya alətləri barədə məlumatlı olmaq həm də insanlara təcrübədə bu alətlərdən istifadə edərək öz pul vəsaitlərini savadla idarə etməyə imkan verir.
Məhz bu baxımdan da ictimaiyyət nümayəndələrində əsil investor xarakterinin formalaşdırılması, investisiya etməyin üstünlükləri, investisiya şirkətlərinin seçim meyarları barədə məluamtlanmaq üçün bu gündən etibarən hər bazar ertəsi ASAN radioda “İnvestisiya vaxtı” verilişi saat 18:30 da efirdə olacaq.
FED.az xəbər verir ki, verilişdə dinləyicilərə yuxarıda qeyd edilən və investisya sahəsinə dair digər faydalı, maarifləndirmə malumatları veriləcək.
Maliyyə memarlığının investisiya üslubu dinləyicilərdə investisiya şirkətlərinə, alətlərə bu sahədə biliklərin inkişaf etdirilməsinə maraq yaratmaqla, ölkə ərazisində maarifləndirmə yolu ilə investisiya təşviqinin həyata keçirilməsi üçün də unikal tribuna rolunu oynayacaq. Verilişdə dinləyicilər canlı bağlantı vasitəsi ilə ekspertə birbaşa suallarını ünvanlamaq imknaı da əldə edəcəklər.
Belə ki, kapital bazarı vasitəsi ilə əlverilşli şərtlərlə investisiya və vəsait cəlb etmək istəyən potensial müştərilərlə ünsiyyət qurularaq onlara efir vasitəsi ilə ölkənin yeganə maliyyə mühəndisi Azfinansce İnvestisiya şirkəgtinin direktoru İntiqam Səfərəliyev tərərfindən canlı investisiya məsləhəti xidməti də göstəriləcək.