Azərbaycan elektron ticarət bazarı yüksək artım nümayiş etdirir.
FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda ən məşhur məişət texnikası - BRENDLƏRİ – SİYAHI
E.Vəlizadənin sözlərinə görə, təkcə ötən il ərzində yeddiqat artım müşahidə olunub:
“Ticarətin böyük əksəriyyəti ABŞ və Çinin populyar elektron ticarət platformalarının payına düşür. Bununla belə, Azərbaycanda lokal platformaların və müştərilərinin sayı artır. Bu sahədə heç bir məhdudiyyət yoxdur və istənilən şəxs ölkə xaricindən məhsul sifariş edə bilər. Məlum olduğu kimi, nazirliyimizin elektron ticarət sahəsində layihəsi var, bu layihə Çinin ticarət məkanlarından sifarişlərin ölkəyə çatdırılması və digər ölkələrə paylaşdırılmasını nəzərdə tutur”.
Azərbaycanda internetlə alış-veriş 7 dəfə artıb
21:16
30 Noy 2018