Bu ilin may ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 29,7 Mbit/s-ə təşkil edib.
Eləcə də bax: Anket doldurmaq üçün pul təklif edirlər – İNTERNETDƏ FIRILDAQ ON DƏFƏ ARTIB
FED.az xəbər verir ki, "Ookla"nın "Speedtest Global Index"ə görə, bu göstərici aprel ayı ilə müqayisədə 8%-dək artıb.
Mayda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti aprel ayının göstəricisi ilə müqayisədə 4%-dək artaraq 13,87 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 33,71 Mbit/s və 10,89 Mbit/s təşkil edir. May ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında 65-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Cənubi Koreya (100,22 Mbit/s), BƏƏ (99,67 Mbit/s) və Çin (97,10 Mbit/s) daxil olub.
Reytinqə əsasən, may ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 20,82 Mbit/s, çıxış sürəti isə 22,26 Mbit/s təşkil edib. Bu göstəricilər aprel ayı ilə müqayisədə müvafiq olaraq 5,3 və 6,4% artıb. Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan may ayının yekunlarına görə 114-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lideri Sinqapur (205,13 Mbit/s), Honkonq (183,24 Mbit/s) və Tailand (170,14 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 76,94 Mbit/s və 41,09 Mbit/s olub. (Apa)