Azərbaycanda internet istifadəçiləri öz Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər.
Eləcə də bax: Anket doldurmaq üçün pul təklif edirlər – İNTERNETDƏ FIRILDAQ ON DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bunu "Akhundoff Group"un təsisçisi və İdarə Heyətinin sədri Telman Axundov deyib.
Onun sözlərinə görə, "WinFi" adlandırılan layihə artıq akselerasiyanı keçib və istifadəçilərin ixtiyarına verilib.
Qeyd edək ki, hazırda qeyd edilən mobil tətbiqlər "Google Play" və "App Store"də aktivdir. Wi-Fi paylaşmaq və şəbəkəyə qoşulmaq üçün əlavə cihazdan və qurğudan istifadə etmək tələb olunmur. Burada yalnız qeyd olunan iki mobil tətbiqdən istifadə etmək kifayətdir.
Wi-Fi sahibi "WinFi Owner" tətbiqi vasitəsilə öz Wi-Fi-nı paylaşır. İstifadəçi "Winfi User" tətbiqi vasitəsilə kiçik bir gündəlik haqq ödəyərək bütün "WinFi" nöqtələrindən istifadə etmək və internetə qoşulmaq hüququna sahib olur. İstifadəçilər "WinFi" nöqtələrinə qoşulmaqla limitsiz internet əldə edirlər.
Apa