Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu ilin 5-9 oktyabr tarixlərində üçüncü "InnoWeek – İnnovasiyalar Həftəsi"nin keçirilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, "Aztelekom" MMC-dən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ölkədə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.
Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan şəraitlə əlaqədar olaraq, "InnoWeek" çərçivəsində innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsi istiqamətində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyədə tədbirlərin sosial izolyasiya tədbirləri çərçivəsində onlayn şəkildə təşkili planlaşdırılır. (Apa)