Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan “e-sosial” internet portalı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestr formalaşıb.
FED.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Portal vətəndaşlara onların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı nazirliyə (və ya nazirliyin aidiyyəti qurumlarına) müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatlara (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) və dövlət sosial xidmətlərinə real vaxt rejimində operativ çıxış imkanı verir.
Onlar bu portal vasitəsilə nazirliyin aidiyyəti qurumlarına müraciət və sorğular göndərə, əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta üzrə elektron xidmətlərdən faydalana bilirlər.
“E-sosial” internet portalı vətəndaşlara, eyni zamanda, onların əmək, məşğulluq, sosial müdafiə hüquqlarının təminatı məsələləri ilə bağlı daimi nəzarət imkanı yaradıb.
Eləcə də bax: Azərbaycanda ən çox baxılan dövlət saytları - SİYAHI