Azərbaycanda genişzolaqlı internet istifadəçilərinin sayı son 3 ildə artıb.
Azərbaycanda 6 yeni telekommunikasiya operatoru və provayderi uçota alınıb
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
"3 il əvvəl genişzolaqlı internet istifadəçilərinin sayı 1 milyon 270 min nəfər idi. İndi bu rəqəm 2 milyon 100 mindən çoxdur. Bur neçə ay sonra 2 milyon yarım istifadəçi sayı olacaq. Rəqəmlərə baxdıqda son 3 ildə genişzolaqlı internet istifadəçilərin sayının 800 mindən çox artıb. Eyni zamanda provayderlərinin sayı da 170-ə çatıb. Həm istifadəçi sayında artımlar həm provayderlərin sayının artması bu sahədə maneələrin olmadığını göstərir", - deyə o bildirib.