Azərbaycanda 30 bankdan ən çox internet səhifələrinə ziyarətçilər tərəfindən təşrif buyurub özünə lazım olan məhsul və ya bank haqqında və s. kimi məlumatları öyrənməyə gələn bankların siyahısını araşdırmalı olduq.
FED.az Banker.az-a istinadən xəbər verir ki, araşdırma dünyaca məşhur olan “Alexia Traffic Rank” tərəfindən aparılıb və 5 aprel 2019-cu il tarixinə olan nəticələrdir.
Bu araşdırmanın nəticəsində bəlli olur ki, “ən çox ziyarət” olunanların siyahısında üst pillədə maliyyə göstəricilərinin həcminə görə o qədər də böyük olmayan banklar yer alıb.
Siyahıda ilk pilləni “Kapital Bank” ASC tutur. Bu bank bildirməliyik ki, ölkədə ən böyük filial şəbəkəsinə malik olmaqla yanaşı bank məhsulları bazarında aktiv iştirakçı olan bankdır. Görünür buna görə də ölkə üzrə internet səhifəsi ən çox ziyarət olunan kommersiya bankıdır. Hətta nəinki banklar, Respublika üzrə özəl şirkətlər üzrə bu siyahıya görə ən üst pillədədir.
Eləcə də bax: Sığorta şirkətləri 2018-ci ildə nə qədər qazanıb - MƏNFƏƏT/ZƏRƏR – YENİLƏNİR
Siyahının ikinci pilləsində isə “Unibank KB” ASC-dir (ölkə üzrə 163). Bu bank da çeşidli bank məhsulları və eləcədə böyük müştəri bazasına malikdir.
Siyahının “sürpriz” nəticəsi isə 3-cü sırada olan “Expressbank” ASC-dir. “Sürpriz” ona görə ki, bu bank özündən aşağıda olan bankların bir çoxunda həm filial və həm də müştəri bazasına görə heç də ən böyüyü deyil. Bildiyimiz kimi bu bank sosial şəbəkədə ən çox xidmət səviyyəsinə görə və internet səhifəsinin dizayn və rahatlıq baxımından daha çox seçilir. İkinci pillədən xeyli uzaq olmasına rəğmən ölkə üzrə internet səhifələrində 317-ci ən çox ziyarət olunandır.
Yerli Banklardan ən aşağı göstərici “Naxçıvanbank” ASC-də qeydə alınıb. Bu bank ölkə üzrə 16 721-cidir.
Siyahını Pakistan və İran banklarının filialları tamamlayıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının saytı (fimsa.az) Respublika üzrə 46-cıdır. Bu qəədər yüksək sıralamaya gəlməsinin əsas səbəbi problemli preditlər üzrə insanların məlumat öyənmək üçün bu saytı ziyarət etməsidir.
Qeyd: Mərkəzi Bankda bu göstərici 417-cidir.