İstifadəçilərə sürətli əməliyyat imkanı təklif edən mobil cihazlar onlar üçün əvəzsiz rol oynayır. Mütəxəssislərin fikrincə, mobil saytlardan fərqli olaraq, tətbiqlər bir çox məlumatı cihaz yaddaşında saxlayır və bir neçə saniyədə istəkləri yerinə yetirir. Bank, mağaza, maliyyə, oyun və xəbərlərlə bağlı olan bəzi proqramlar offline rejimdə də işləyir. Bu isə mobil tətbiqlərə olan marağı artırır.
Eləcə də bax: Telefonunuzdan təcili silməli olduğunuz - 30 TƏTBİQ – SİYAHI
FED.az TED.az-a istinadən Azərbaycanda istifadəçilər tərəfindən ən çox yüklənilən yerli mobil tətbiqlərin siyahısını təqdim edir.
Siyahıya Kapital Bankın hazırladığı BirBank tətbiqi liderlik edir. Bu tətbiqi Google Play Market-dən 1 milyondan çox istifadəçi yükləyib.
Daha sonra yüklənmə sayına görə, "Azercell Kabinetim", "Mənim Bakcellim", "Unibank Mobile", "Hesab.az", "IBAM Mobil Bank" gəlir. Sözügedən tətbiqlər 100 min dəfədən çox yüklənib.
MiilliÖn, Nar+ tətbiqləri 50 mindən çox, Bakcell Ulduzum və Rabitabank tətbiqi isə 10 min dəfədən çox yüklənib.
Nəticəyə əsasən, məlum olur ki, Azərbaycanda ən çox yüklənilən tətbiqlər bank, mobil operator və ödəniş sistemləri ilə bağlıdır.