Bu ilin fervalın 1-nə Azərbaycanda fəaliyyət göstərən POS-terminalların sayının regionlar üzrə renkinqi açıqlanıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə ölkə üzrə 121 min 873 POS-terminal olub.
Bunun da 74 min 133-ü Bakı iqtisadi rayonun payına düşüb.
Abşeron-Xızı iqtisadi rayonunda POS-terminalların sayı 8 min 319, Gəncə-Daşkəsən iqtisadi rayonunda 5 min 599, Şəki-Zaqatala iqtisadi rayonu 4 min 399 POS-terminl olub.
Ən bankomat olan region isə Şərqi Zəngəzur iqtisadi rayonu (128 POS-terminal) olub. Ondan sonra Dağlıq Şirvan iqtisadi rayonunda isə POS-terminalların sayı 1 692 olub.